Ermənistanın baş hərbi müfəttişi istefa verib

17:48 18.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa verib.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, M.Akopyan istefa ərizəsini yazdığını bildirib.

O, istefasının səbəblərini daha sonra açıqlayacağını deyib.

Qeyd edək ki, Movses Akopyan baş hərbi müfəttiş vəzifəsinə 2018-ci ilin mayında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra təyin olunmuşdu.

Oxunma sayı 790