“Ermənistanın həm əvvəlki, həm də indiki hakimiyyəti faşizmin təbliği ilə məşğuldurlar” – RƏY

17:24 15.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Vaxtilə Ermənistanda hakim partiya olmuş “Respublikaçılar”ın gerbində faşist loqosunun olmasından yəqin xəbəriniz var. Həmin gerb indi də “respublikaçı”ların əsas simvoludur. 10 il Ermənistanda “at oynatmış” partiyanın təmsilçisi Serj Sarkisyan hakim partiyanın təmsilçisi və prezident olaraq fazim üzərində qələbə günlərində də dəfələrlə iştirak edib. Hətta onun tərəfdarları 9 May “paradı”na Ermənistan bayraqları ilə yanaşı “faşist” gerbləri ilə də çıxıblar.

Yəqin onu da bilirsiniz ki, Serj Sarkisyan hakimiyyəti dönəmində satqın və cinayətkar şəxs kimi tanınan Qaregin Njdeyə İrəvanda heykəl qoyulub. Bir çox ekspertlər bildirib ki, bu Ermənistanın simasında siyasi ikiüzlülükdür. İkili standartlardır. Ən əsası, simasızlıqdır.

Millət vəkili Cavid Osmanov hafta.az-a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyev də Aşqabad forumunda Ermənistanda faşizm ideyalarının yaşadıldığını MDB dövlət başçılarının zirvə görüşündə xatırladıb: “Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB dövlət başçılarının növbəti zirvə görüşü keçirildi. Bu zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Ölkəmizin başçısı orada geniş nitq söylədi. Həmin tədbirin gündəliyindəki məsələlərdən biri də 9 May faşizm üzərində qələbənin 75-ci ildönümünə hazırlıqla bağlı idi. Cənab prezidentimiz burada bütün məsələlərə toxundu. Eyni zamanda, ölkəmizin başçısı Ermənistanın həm keçmiş hakimiyyətinin, həm də “respublikaçılar” tərəfindən Ermənistanın paytaxtı İrəvanda o zamankı sovetlər birliyindəki bütün xalqlara qarşı faşizmi təbliğ edən, onun tərəfini tutan, faşistlərlə işbirliyində olan erməniyə abidə ucaltmışdılar. Cənab prezidentimiz onu da vurğuladı ki, baxmayaraq ki, bütün bunlar keçmiş hakimiyyət dönəmində olub, amma Nikol Paşinyan hökuməti də həmin abidənin oradan götürülməsi ilə bağlı heç nə fikirləşmir. Əksinə, o abidəni ziyarət edirlər”.

Cavid Osmanovun sözlərinə görə, bu, Ermənistanın separatçı rejiminin faşist ideologiyası üzərində qurulmasının ermənilərin özləri tərəfindən sübuta yetirilməsidir: “Bununla bağlı bütün dünyaya mesaj vermələridir. Doğrudan da bu belədir. Dağlıq Qarabağ – Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan hələ 90-cı illərin əvvəllərində faşistlərin ikinci dünya müharibəsində etdiyi vəhşiliklərdən qat-qat artığını Dağlıq Qarabağda və ona bitişik rayonlarda azərbaycanlılara qarşı törədiblər. Xocalı soyqırımı bunun bariz nümunəsidir. Dünyada Xocalı soyqırımı kimi ikinci bir genosid aktı yoxudur. Bu soyqırım faşizmin ən pik həddidir. Ona görə də tam məsuliyyətlə demək olar ki, Ermənistanın həm ötənilki, həm də builki hakimiyyəti faşizmin təbliği ilə məşğuldurlar. Ermənistanın siyasətinin mərkəzində faşizm dayanır. Bunun da ismarışını dünyaya utanmadan, çəkinmədən verirlər. Cənab prezidentimiz də orada Ermənistanın həm keçmiş, həm də indiki rəhbərliyini bu siyasətdən əl çəkməyə çağırdı. Həmin tədbirdə bird aha MDB dövlət başçılarının nəzərinə çatdırdı ki, bu cür siyasət aparan ölkənin dünyada, MDB-də yeri və rolu ola bilməz. Bir nüansı da əlavə edim ki, qısa müddət ərzində - iki həftə çərçivəsində cənab prezident Azərbaycan həqiqətlərinin, Ermənistanın apardığı separatçı siyasətin həyata keçirilməsini təmin edən amilləri sübutlarla, faktlarla bir daha dünya ictimaiyyətinə çatdırdı. Həm “Valday” diskussiya klubunda Azərbaycan həqiqətlərinin bəyan edilməsi, “Qarabağ Azərbaycandır və nida işarəsi”, həm də Ermənistanın baş nazirinin Dağlıq Qarabağ və ətraf rayonlar haqqında yalan məlumatları dünya ictimaiyyətinə çatdırmasını ifşa etməsi, eləcə də Aşqabad forumunda Qaregin Njde məsələsi Ermənistanın yürütdüyü siyasətinin iç üzünün açılması ilə ard-arda Nikol Paşinyana, onun yürütdüyü siyasətə vurulan qarşısıalınmaz zərbələrdir”.

Siyasət rubrikasından digər xəbərlər