“Əsəd rejimi Rusiyanın icazəsi olmadan hücum edə bilməzdi” – Can Acun

18:03 28.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nəhayət, Bəşər Əsəd rejimi idlibdə yerləşdirilmiş Türkiyə orduunun əsgərlərinə açıq hücum etdi. Aviazərbə nəticəsində 33 əsgər həlak oldu, 32 nəfəri isə yaralandı. Təbiii ki, Türkiyə qarşılıq verdi, deyilənə görə 300-dən çox Əsəd əsgəri öldürülüb, çox sayda tank, top, digər hərbi texnika məhv edilib və sair. Problem bununla başa çatdımı, öldürülənlərin qanı alındı deyib qaçdı-tutdu oyunlarına davammı ediləcək? SETA-dan beynəlxalq məsələlər üzrə araşdırmaçı Can Acun, 33 əsgərin şəhid edilməsindən sonra yaranacaq vəziyyətlə bağlı fikirlərini oxucularla bölüşüb. O, söhbətə. Ümumiyyətlə, Türkiyə bu gün niyə İdlibdədir sualına cavab verməklə başlayıb:

-Suriya müxaliflərinin son dayanacağı olan İdlibdə, hazırda Əsəd rejiminin zülmündən qaçan milyonlarla insan sığınıb. Türkiyə təxminən 4 milyon qaçqının məskunlaşdığı bu bölgədə insani cinayətlər yaşanmasın deyə, eyni zamanda siyasi həll prosesinin davam edə bilməsi və milli maraqları qorumaq üçün İdlibdədir. Əsədin bu bölgəni ələ keçirməsi müxaliflərin tamamən torpaqsızlaşdırılması və siyasi həll ümidlərinin sonu, qarışıq bir Suriya və milyonlarla yeni qaçqın demək olardı.

- Maraqlıdır, hücumu Əsəd rejimi, yoxsa Rusiya ordusu həyata keçirib?

- Hücumu Əsəd rejimi edib desək də, bunu Rusiyanın icazəsi olmadan özbaşına etməsi qeyri-mümkündür. Rusiya və rejim ordusu İdlibdə tamamən birlikdə hərəkət etməkdədir. Eyni zamanda, Əsəd rejiminin hava qüvvələrinin indiki vəziyyətdə məlum hücumu belə dəqiqliklə yerinə yetirmək qabiliyyətində deyil.

- Rusiyadan gələn ilk açıqlamada "Türk əsgərlərinə biz hücum etmədik" deyildi. Bu açıqlama nə məna verir, Əsədi günahkar çıxarırlarmı?

- Rusiya, Türkiyəyə qarşı hücumları həmişə Əsəd rejiminin əli ilə edib. Məhz bu üsulla özünü Ankaraya loyal münasibətdə olduğunu göstərib, əslində isə bu yolla Suriyada gedən prosesləri istiqamətləndirib. Moskva hesab edib ki, bu cür hücumlarla Türkiyəni sıxışdırmaqla geri addım atdıra biləcəklər. Ancaq İdlibdəkii türk əsgərlərinin şəhid edilməsində yüz faiz Rusiya məsuliyyət daşıyır.

- Sizcə bu hücumlar Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?

- Rusiya, Türkiyə kimi bir ölkə ilə müttəfiq olma imkanlarını dəyərləndirə bilmədi. Onların ağlında-düşüncəsində bu gün ancaq idlibdir. Fikirləşirlər ki, necə etsinlər, İdlib ərazisinə nəzarət etsinlər. Bununla da son illər ərzində əldə olunmuş türk-rus əməkdaşlığını və ortaq mənfəətləri təhlükəyə atdılar. Hesab edirəm ki, Moskva Türkiyəni kiçik görmənin əvəzini mütləq alacaq.

- Hücumdan sonra NATO qanunlarının 4 və 5-ci maddələrinin tətbiqi məsələsi gündəmə gəlib. NATO necə davranacaq? Yeri gəlmişkən, Türkiyə ilə birlikdə olduqlarına dair bu gün qərar qəbul ediblər. Amma bu birlik döyüş meydanında da özünü göstərəcəkmi?

- Türkiyə, NATO-nun ABŞ-dan sonra ən vacib üzvüdür və buna görə də beynəlxalq təhlükəsizlik baxımından ondan gözləntilər böyükdür. NATO bu müstəvidə çox vacib bir üzvünü tək buraxa bilməz, əks halda mövcudluluğu təhlükə altına düşəcək.

- Türkiyə sərhəd qapılarını qaçqınların üzünə açdı. Ankaranın bu həmləsini necə qiymətləndirirsiniz? Bu yerdə deyim ki, artıq qaçqınların ilk dəstəsi Yunanıstanın Midilli adasına çatıb...

- Hesab edirəm ki, Ankara bu addımı lap çoxdan atmalı idi. Suriya və o cümlədən, İdlib dünyanın ortaq məsələsidir. Sadəcə, Türkiyənin belinə yükləyə bilməzlər onu, indi burada yaşanan humanitar faciənin məsuliyyətini Avropa da daşıyacaq. Onlar Türkiyəni belə vəziyyətlərdə tək qoymağın əvəzini mütləq alacaqlar.

- Avropa İttifaqından və ABŞ-dan gələn ilk açıqlamaları necə yozmaq olar, nə demək istədilər?

- Miqrant məsələsini qabartmaqla, Avropa İttifaqı və ABŞ-la hərbi və siyasi müstəvidə İdlibdə müştərək maraqları üzə çıxarıblar. ABŞ İdlibdə, Rusiya və İranın məhz rejimin əliylə qələbə çalmasını arzulamır. Türkiyəyə ciddi siyasi dəstək verdiklərini görürük. Ancaq ABŞ, Suriyada mövqeyini qoruyub saxlamaq istəyirsə, qəti şəkildə hərbi addımlar atmalıdır. Sadəcə sözdə vədlər, ultimatumlar verməklə qaliniyyət olmaz.

- Türkiyə bundan sonra siyasətini hansı müstəvidə quracaq?

- Türkiyə bir tərəfdən hərbi güc nümayiş etdirəcək, digər yandan isə beynəlxalq koalisiya yaradaraq Rusiya, İran və rejimə olan təzyiqləri artırmağa çalışacaq.

- Necə bilirsiniz, Suriyada uzunmüddətli həlldən uzaqlaşırıq. Yoxsa taktiki gedişdir?

- Astana prosesi müharibə variantının həll yolu olmadığını ortaya qoysa da, təəssüf ki, Rusiya və İranın yenindən hərbi seçənəkləri əsas tutduqlarını görməkdəyik. Türkiyə buna icazə verməyəcək. Dövlətimiz partnyorlarını sülhə dəvət etməklə, sülhün əldə olunmasına çalışacaq.

Oxunma sayı 168