BDU-da Nano Araşdırmalar Laboratoriyası açılıb

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakı Dövlət Universitetində (BDU) Nano Araşdırmalar Laboratoriyasının açılışı olub. Açılış mərasimində BDU-nun rektoru Abel Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və digər şəxslər iştirak edib.

Mərasimdə iştirak edənlərin diqqətinə çatdırılıb ki, nanomateriallar və nanotexnologiyalar üzrə elmi araşdırmaların hazırda dünyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında 2005-ci il tarixində “Nano araşdırmalar mərkəzi“ və “Nanomaterialların kimyəvi fizikası“ kafedrası açılıb. Elə vaxtdan da nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilib. Hazırda laboratoriya ən müasir cihazlarla təchiz olunub. Laboratoriyanın müdiri, professor Məhəmmədəli Ramazanovdur.
Sevda