Müstəqilliyimizin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakının Səbail rayonunda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail Rayon İcra Hakimiyyəti və rayon mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə keçirilən sərgidə kitabxanalar öz kitablarını nümayiş etdiriblər. Sərgidə tarixi, bədii, dini, fəlsəfi kitablar, əl işləri, rəsm əsərləri, həmçinin müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunan kitablar nümayiş olunub. Sərgi eyni zamanda satış məqsədi daşıyıb. Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən 20 il ərzində Azərbaycanın həm keşməkeşli, həm də şərəfli bir yol keçdiyini deyib: “Bütün çətinliklərə baxmayaraq, bu gün Azərbaycanın iqtisadiyyatı güclənir, əhalinin sosial rifahının artırılması yönündə işlər görülür“.
Nigar