ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır

17:14 19.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“ETSN Xəzərə axıdılan bütün sularla bağlı məlumat bazası yaradır”.

Hafta.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, bu suların həcmi, keyfiyyət göstəriciləri xəritələşdirilir:

“10-20 il əvvəl ilə müqayisədə Xəzər dənizinə təmizlənməmiş, tullantı suların axıdılmasının səviyyəsi azalıb. Ancaq gün ərzində təkcə Abşeron yarımadasından Xəzərə təmizlənməmiş təxminən 1 milyon kub metr su daxil olur. Sözsüz ki, bunun azaldıması istiqamətində tədbirlər görülür”.

Oxunma sayı 241