“Eurovision” iştirakçılarının onlayn konsertinin tarixi məlum oldu

14:30 19.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa görə ləğv edilmiş "Eurovision" mahnı müsabiqəsinin mayın 16-da yerinə keçiriləcək "Europe Shine A Light" ("Avropa işıqla parıldayır") adlı irimiqyaslı alternativ şousunun yayımlanacağı digər ölkələrin siyahısı açıqlanıb. Avropa saatı ilə 21:00-da yayımlanacaq proqramda Azərbaycandan Samirə Əfəndi daxil olmaqla 41 ölkə təmsilçisinin mahnıları təqdim olunacaq, onların COVİD-19 pandemiyası ilə bağlı çıxışları göstəriləcək.

Hafta.az musavat.com-a istinadən bildirir ki, tədbir iştirakçı olan 41 ölkənin kanalları ilə yanaşı Belçika, Bosniya Herseqovina, Qazaxıstan, Kosova və Monteneqroda da nümayiş ediləcək.

İki saatlıq konsert eyni zamanda "Eurovision" müsabiqəsinin rəsmi "YouTube" kanalında da yayımlanacaq. Müsabiqədə 1997-ci ildə birinci olan Katrina And The Wavesin "Love Shine A Light" adlı ifası yer alacaq. Eyni zamanda dünya ölkələrindən bir çox fanlar verilişdə virtual qonaq olaraq Jonny Loganın "What's Another Year" mahnısını xor şəklində ifa edəcəklər.

Şounun aparıcıları isə Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq.

Qeyd edək ki, "Eurovision 2020" mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Oxunma sayı 184