Evdən 6 min manat oğurlayan şəxs saxlanılıb

14:53 08.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusarda evdən 6 min manat oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ş.Əfəndiyevin ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 8-də rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.