Diyarbəkrdə ən böyük erməni kilsəsi açılacaq

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
DiyarbƏkrin mərkəzində yerləşən tarixi Surp Giraqos kilsəsi 30 illik fasilədən sonra təkrar ermənilərin ibadətinə açılacaq. “Taraf“ın yazdığına görə, şəhərdə ermənilərin toplam yaşadığı Fatehpaşa məhəlləsində yerləşən həmin kilsənin ən azı 600 yaşı olduğu bildirilir. Məlumata görə, adıçəkilən kilsədən birinci dünya müharibəsində almanların qərargahı, daha sonra isə Sümerbankın pambıq anbarı kimi istifadə olunub. Kilsə 1960-cı ildə təkrar ibadətə açılsa da, 1980-ci ildə ermənilərin şəhərdən Avropaya köç etməsi səbəbiylə yenidən bağlanıb. Mədəniyyət və Turizm Nazirliyinin Diyarbəkr şöbəsinə müraciət edən ermənilərin “Surp Qiragos“ vəqfi bildirib ki, dövlət binanı təmir edərsə, onu ölkənin ən zəngin muzeylərindən biri edəcəklər. Hökumət də əlüstü kilsənin təmiri üçün lazım olan 3,4 milyon dolları toplamaq üçün həm ölkədə, həm də Avropanın müxtəlif ölkələrində, eləcə də ABŞ-da fərqli xeyriyyə tədbirləri təşkil etməyə başlayıb. Amma toplanan pullar bəs etmədiyindən, Diyarbəkr bələdiyyə sədri Osman Baydəmir də təmir üçün bələdiyyənin fondundan 1 milyon lirə (600 min dollar) ayırıb. Kilsə Türkiyə Erməniləri Patriarxı, baş yepiskop Aram Atəşyanın xeyir-duası ilə oktyabrın 23-də xüsusi ayinlə açılacaq. Məlumata görə, həmin tədbirə Ermənistandan və dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin dini nümayəndələri də qatılacaq.
Vüsal