Evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

13:20 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.

Hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.

Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına "şifer" batdığını bildirib.

Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.

 

İlkin araşdırma zamanı məlum olub ki, G.Cəfərova yaşadığı evdən çıxıb getmək istədiyini bildirib. Anası Ş.Cəfərova isə onun bu hərəkətinə narazılıq edərkən ana və bala arasında mübahisə yaranıb. Mübahisə nəticəsində G.Cəfərova mətbəxdən götürdüyü bıçaqla anasına qarın nayihəsindən bir bıçaq zərbəsi endirib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.