Evin həyətində çətənə kolları aşkarlanıb

17:49 30.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunda yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində yetişdirilmiş çətənə kolları götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Mahamalar kəndində kirayədə yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Oxunma sayı 2083