Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb

14:09 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciət təşkil edib.

Müraciətlər əsasında 2208 nəfərin tənha, yaşı 65-dən yuxarı şəxs olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanılıb.

Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.

Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.

Oxunma sayı 128
Sosial rubrikasından digər xəbərlər