Evo Morales ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini açıqladı

17:47 10.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Boliviya Prezidenti Evo Morales bazar günü ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, hazırkı Prezident sosial şəbəkələrdə yayımlanan mətbuat konfransında bildirib: "Mən Boliviya xalqını səsvermə yolu ilə yeni hökumətini seçmələri üçün yeni seçkilərə çağırıram".