“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər" - MSK

12:24 23.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Qanunvericiliyə görə səsvermə gününə 20 gün qalmış “Exit-poll” keçirmək istəyən təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”. Hafta.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, artıq bununla bağlı müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.