FİFA ermənilərin atəşi nəticəsində Naftalanda həlak olan futbolçunun ölümü ilə bağlı başsağlığı verib

13:38 30.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar FİFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub. 

Hafta.az xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məktubda Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan 13 yaşlı Şəhriyarın ailəsinə başsağlığı mesajı çatdırılıb.

 FİFA tərəfindən göndərilən məktubun tərcüməsi belədir:
“Şəhriyar Qurbanov xatirəsinə
Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik. Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailə üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/18 mövsümündə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib.

Oxunma sayı 1559