Fanatları Maykl Ceksonun oxşarından DNT analizi tələb etdilər

13:38 25.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli müğənni Maykl Ceksonun fanatları onun bənzəri Serxio Kortesdən DNT analizi tələb ediblər.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Serxionun Maykla həddindən çox bənzəməsi və müğənninin başqa adla hələ də yaşaması şübhəsidir. Pərəstişkarların sözlərinə görə, Serxio, əslində, Ceksonun özüdür. Bu səbəbdən onlar DNT analizi tələb ediblər.

Qeyd edək ki, Maykl Cekson 25 iyun 2009-cu ildə dünyasını dəyişib. Ancaq indiyədək pop ulduzun ölmədiyi və başqa adla yaşadığı iddiaları səsləndirilir.

Oxunma sayı 32