Fərman İsmayılovun nəşinin Azərbaycana gətiriləcəyi tarix bəlli oldu

16:22 24.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.

Hafta.az xəbər verir ki, Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-ya açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək:

"Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26  yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır". 

Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Oxunma sayı 485