Fermerlər soyuducu anbarların azlığından və baha olmasından narazıdır

13:39 21.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yay mövsümü bolluq ilə yadda qalsa da, qışa tədarük lazımdır. Bəzən qışa tədarükdə saxlama kameralarının işləməsi və ya fermerlərə maddi cəhətdən sərf etməməsi məhsullarda itkiyə səbəb olur. 

Xatırlatmaq üçün deyək ki, "HƏR KƏNDLİYƏ BİR SOYUDUCU ANBAR" proqramı əsasında Kənd Təsərüfatı Nazirliyi və Aqrolizinq Açıq Səhimdar Cəmiyyətinin xətti ilə Azərbaycana 20 ton tutumu olan soyuducu anbarlar gətirilib.  Əsasən kiçik sahibkarlıqla məşğul olan kəndli - fermer təsərrüfatı üçün nəzərdə tutulan bu lahiyədə, hər bir kəndliyə maliyə vəziyyətindən aslı olmayaraq, bir soyuducu anbar təklif olunur. Uzunlugu 12, eni 3 , hundurluyu 2 metr 85 sm təşkil edən və 220 voltla çalışan soyuducu anbarlar 4-5 saat zaman çərçivəsində heç bir əlavə xərc tələb olunmadan quraşdırılacaq. Ən əsası isə bir yerdən başqa yerə asanlıqla daşına biləcək soyuducular generator və requlyatorlarla təhciz olunub. Soyuducu anbarları əldə etmək istəyən ailə, kəndli- fermerlər, heç bir girov tələb olunmadan, dəyərin 10%- ni əvvəlcədən ödəmək və 1 il möhlət hüququ olmaq şərti ilə 10 il müddətinə lizinq yolu ilə əldə edə biləcək.

Buna baxmayaraq arxada qoyduğumuz ildə kənd təsərrüffatı məhsullarına böyük ehtiyac yarandığı kimi, qiymətlərin də bahalaşması baş verdi. Fermerlər əllərindəki məhsulların bir qismini soyuducu anbarlara verə biliblərsə, yerdə qalan məhsullar xarab olduğundan qiymət artımının baş verdiyini deyirdilər. Bəs bu il necə, qış mövsümü üçün soyuducu anbarlar vardırmı?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hafta.az-a açıqlamasında dedi ki, istehsal olunann məhsulun saxlanması üçün xüsusi şərait tələb olunmaqla yanaşı, həm də istehsal olunan məhsulun yığılması vaxtını müəyyən etmək böyük şərtlərdən biridir. Hansı ünvanda, hansı müddətə yığılıb, hansı hissəsi bazara çıxarılmalıdır, hansı hissəsi soyuducu anbarlara yerləşdiriməlidir. Həmçinin yerləşdirildikdən sonra normal tempratur təmin edilməlidir. Hətta deyərdim ki, bu çox vacib şərtlərdən birincisidir. Azərbaycanda aran bölgəsində havalar çox isti keçir. Və rayonlarda oluruq. Bəzən elektrik enerjisinin verilməsində fasilələr yaranır. Fasilələrin olması isə məhsulun məhv olması deməkdir. Bunun da tənzimlənməsi prosesi getməlidir. Ehtiyyat motorların olması öncədən düşünülməlidir. Həmçinin öncə dediyim kimi çeşidlənmə çox vacib nüansdır”.

Ekspert bu məsələdə dövlətin yox, fermerlərin əsas rolu olduğunu dedi:

“Dövlətin bu işdə yardımı nədən ibarət ola bilər? Mən hesab edirəm ki, ümümiyyətlə dövlət bu işlə məşğul olmalı deyil. Saxlama kameraların yaradılması, kiməsə həvalə edilməsi birbaşa fermerlərin işidir. Dövlət yalnız  fermerlərə aşağı faizlə kredit təklif edə bilər. Proqram hazırlamaq və ona uyğun olaraq məhsulların saxlanılması işlərini düşünməlidir. Məsələn, harada pomidoru, kartofu, soğanı, harada meyvəni saxlamaq olar. Bu məsələlərə xüsusi yanaşılsa o zaman nə tərəvəz, nə meyvənin digər mövsümlərdə qiyməti artar. Fermerlərdə maraq yaratmaq üçün təkliflər edilməlidir. Apardığımız monitorinqlər göstərir ki, o soyuducu anbarlar elə yerdə inşa edilir ki, fermerlərə sərf etmir. Sərf edilməyən qiymətə də məhsulu saxlamaq təklifləri olur. Elə də olur ki, anbarlara xarab olmuş məshsullar aparır. Xarab olmuş məhsul digər məhsulları da xarab edir. Nəticədə məhsullar azalır və qiymətlər qalxır”.

İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsularını soyuducu anbarlarda saxlayırlar:

"Bizdə soyuducu anbarların sayı azdır. Və ya fermerlər məhsul saxlamaqda maraqlı deyillər. Bir neçə rayonda soyuducu anbarlar var ki, onlar hazırda fəaliyyətsizdir. Anbar idarə edənlər bildirirlər ki, müştəri olmadığından onu işlətmək sərf etmir. Gərək kifayət qədər məhsul olsun ki, soyuducu anbarlar işə düşsün. Axı məhsul yoxdur. Anbarda saxlanılmalı olan məhsulların əksəriyyəti satılıb qurtarıb. Alma istehsalı sahəsində Quba fermerləri müəyyən nailiyyət əldə ediblər. Almanı saxlaya bilirlər. Digər məhsulların durumu ağırdır. İndi istixana mövsümüdür. Pomidor, xiyar və digər tərəvəz meyvələri istixanalarda becərilir. Amma satmaq üçün Rusiya bazarlarına aparırlar. Çünki Rusiyada bizim məhsullara tələbat böyükdür. Bazarlarda isə İran və Türkiyənin zay məhsulları meydan sulayır. Başqa ölkələrdə bitkiyə o qədər dərman verirlər ki, heç bir qurd ora yaxın durmur. Meyvə də dadsız olur. Genetik modifikasiya olunmuş məhsullar görünüşcə cəzbedici olsa da, onların zərərləri də az deyil. Mən bütün istehlakçılara məsləhət görərdim ki, çürük, nahamar olsa da yerli məhsul alsınlar”.

Bundan əlavə Kənd Təsərrüfatı Nazirliyi yeni  aqro.az saytını yaratmaqla kənd təsərrüfatı məhsullarına əlçatanlığı da yaratmış oldu. Belə ki, saytda bütün məhsulları qiyməti ilə çeşidbəçeşid görmək olur. 

Şəxsi Bizneslər bölümü sahibkarlara portalda Şəxsi Biznes kabineti yaratmaq imkanı verir. Bununla da sahibkar öz biznesinin adı altında məhsul və xidmətlərini müştərilərə təqdim edə, həmçinin onların Reklamını təşkil edə bilər.

Agro.az E-ticarət portalında insanlar ancaq satmaq istədiyi məhsullar və etdiyi təkliflər barəsində deyil, həmçinin almaq istədiyi məhsullar və etdiyi tələbləri barəsində elanlar yerləşdirmək imkanına sahibdirlər.

Kateqoriyalar üzrə yaradılmış çoxsaylı filtrlər lazım olan məhsulu daha tez və asan tapmağa imkan yaradır. 

Portalda yaradılmış Balans sistemi ödənişli xidmətlərdən istifadəyə daha rahat və təhlükəsiz şərait yaradır. 

Portalda olan bütün kateqoriyaları əhatə edəcək Xəbərlər bölümü yaradılmışdır ki, bununla insanlar maariflənə, öz bizneslərini inkişaf etdirə bilərlər.