Festival ilə bağlı daşımalar davam etdirilir - FOTO

20:50 20.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir.

Hafta.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, plana uyğun olaraq festivalın açılış mərasiminə bilet alan tamaşaçıların daşınması 21.07.2019-cu il tarixində iki ekspres marşrut xətti vasitəsi ilə həyata keçiriləcək. 

a)    X1 xətti üzrə avtobuslar (“28 May” m/st. – Bakı Kristal Zalı)
b)    X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st. – Bakı Kristal Zalı)    

X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspres xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək. 

Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.