FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər-VİDEO

10:14 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

24 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimzin ailələrini ziyarət ediblər.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, Prezident, Ali Baş komandan cənab İlham Əliyevin qətiyyəti nəticəsində müzəffər ordumuz müqəddəs amal uğrunda torpaqlarımızın azad olunması, sərhədlərimizin bərpası uğrunda Vətən müharibəsinə qalxaraq torpaqlarımızı rəşadətlə azad edib. Qarabağın azad olunması Vətən yolunda canını fəda etmiş şəhidlərimizin qanı bahasına başa gəlib. Və hər bir azərbaycanlı Vətənimizin bütövlüyü naminə canını fəda etmiş şəhidləri yad etməli, onların xatirəsini əziz tutaraq ailələrinə mənəvi dəstək olmaqla öz vətəndaşlıq və mənəvi borcunu yerinə yetirməldir.

FHN-in əməkdaşları şəhid ailələrinə baş sağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayaraq Vətənə qəhrəman övladlar yetişdirmiş valideyinlərə ehtiramlarını bildiriblər.

Oxunma sayı 1295