FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batıb - FOTO

18:20 15.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Hafta.az-ın "Report"a istinadən məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb. Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.