FHN Qubada baş verən yanğınla bağlı məlumat yayıb 

12:20 19.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrsili kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-dən hafta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​