Filippində zəlzələ nəticəsində 1 nəfər ölüb - YENİLƏNİB

16:58 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Filippində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 1 azyaşlı qız ölüb.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, zəlzələ nəticəsində Matanao şəhərində qismən uçan evin dağıntıları altında 6 yaşlı qız qalaraq dünyasını dəyişib. Şəhər meri bildirib ki, hadisə nəticəsində şəhərə ciddi ziyan dəyib, iki körpü zədələnib, yerli administrasiyanın binası da zəlzələdən zərər çəkib.

***

Filippində 6,8 bal gücündə zəlzələ olub.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan edilməyib.