Formula 1 Toskana Qran-Prisinin biletləri baha qiymətə satılacaq

16:58 03.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 11-13-də Mucelloda keçiriləcək Toskana Qran-Prisi bu mövsüm tamaşaçıların qatıldığı ilk Formula 1 yürüşü olacaq.

Hafta.az xəbər verir ki, yarış bu trasın ilk dəfə Formula 1 Qran-Prisinə ev sahibliyi etməsi və “Ferrari” üçün çempionatda 1000-ci olması ilə əlamətdar olacaq.

İtaliyanın ev sahibliyi edəcək yarışın cümə məşqləri üçün ən ucuz bilet 188 avro, pit-leynə baxan əsas tribunaya isə 300 avrodur. Şənbə günü ən ucuz bilet 375 avro, ən bahalısı isə 600 avrodur. Yarış günü biletlərin qiyməti daha da yüksək olacaq. Belə ki, qiymətlər 750 ilə 1200 avro arasında dəyişəcək.

Müqayisə üçün bildirək ki, Soçidəki yarış həftəsonunun üç günü üçün ən ucuz biletlərin qiyməti 4990 rubla (təxminən 57 avro) başa gəlir. Türkiyə Qran Prisinin təşkilatçıları biletləri daha da ucuz satmağı planlaşdırırlar - başlanğıc qiymət 3,5 avro elan edilsə də, yarışları tamaşaçılarla keçirmək üçün hələ FIA-dan rəsmi icazə alınmayıb.

Oxunma sayı 6264