Fransa Respublikasının ali rəhbərliyi istənilən halda qondarma “dqr”i tanımayacaq - Rusiyalı politoloq

16:29 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq birliyin ümumi mövqeyi belədir ki, Qarabağın ərazisi işğal edilib və bu ərazi faktiki olaraq Azərbaycana məxsusdur. Fransanın hakimiyyət orqanları da əvvəlki kimi, bu mövqeyə tərəfdardır. Bundan başqa, payızda vəziyyət xüsusilə kəskinləşən dövrdə qondarma “dqr”i tanıyacağı ilə hədələyən Yerevanda da belə bir qərar qəbul etməyə tələsmirlər. Bu səbəbdən, fransız senatorlarının qətnaməsi daha da əhəmiyyətsiz olur.

Hafta.az xəbər verir ki, Renat Abdulinin “news.ru” portalında dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib. Müəllif yazır ki, Fransa parlamentariləri belə bir qətnamə ilə çıxış etməklə, əslində Paşinyana “ayı xidməti” göstəriblər, çünki onlar Paşinyanın çoxsaylı vədlərinə baxmayaraq, onun “dqr” haqqında siyasi iradəsinin olmaması üzə çıxıb.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Fransa Tədqiqatları Mərkəzinin rəhbəri, politoloq Yuri Rubinski qeyd edib ki, Fransa Senatı tərəfindən qəbul edilmiş sənədin forması və statusu ona heç bir hüquqi qüvvə vermir.

Y.Rubinski deyib: “Bu, sadəcə arzudan başqa heç nə deyil. Amma bu sənədin səs çoxluğu ilə qəbul edilməsi faktı həm Fransanın dövlət rəhbərliyinin, həm də bütövlükdə Fransa cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə ikili münasibətini əks etdirir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələri arasında ən böyük erməni diasporu Fransadadır, bu diasporun təqribən yarım milyon, bəlkə daha çox üzvü var. Təqribən 20 il bundan əvvəl məhz Fransa 1915-ci il “erməni soyqırımı”nı tanımış birinci ölkə olub. Bu, həm erməni diasporunun təsirini, həm də Qarabağ münaqişəsində ermənilərin düşmənlərinə, yəni məhz Azərbaycana yox, ilk növbədə Türkiyəyə münasibəti əks etdirir: hazırda bir sıra məsələlər barədə — Parislə Ankaranın münasibətləri bir-birinə ziddir”.

Ekspert qeyd edib ki, müsəlman diasporu ilə münasibətlər problemi də senatorların diqqət mərkəzindədir. Avropada ən böyük diasporlardan biri olan müsəlman diasporunun üzvlərinin sayı Fransanın əhalisinin 10 faizindən çoxdur. Beləliklə, sözügedən qətnamə Qarabağın özünə aid olmaqdan daha çox, Fransanın başqa daxili problemlərini əks etdirir.

Y.Rubinski vurğulayır ki, Fransa Respublikasının ali rəhbərliyi istənilən halda qondarma “dqr”i tanımayacaq: bu, beynəlxalq məkanlarda, o cümlədən BMT-də Fransanın nüfuzuna ciddi xələl vura bilər. Paris ilə Ankaranın arasında közərməkdə olan qarşıdurma isə indiki halda həlledici amil ola bilməz, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü, bəzən ikili ritorikaya baxmayaraq, etiraf edib ki, onun ölkəsi Avropanın bir hissəsidir.

Oxunma sayı 134
Siyasət rubrikasından digər xəbərlər