Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib

14:03 26.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa senatının üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, "Ulduz" Cəmiyyəti, "Alim" Elmi Assosiasiyası, Fransa–Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa–Azərbaycan Gənclər Assosiasiyası, Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20%-nin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Azərbaycanın qələbə qazanması nəticəsində vaxtilə öz doğma yurdlarından qovulmuş və 28 il ərzində məcburi köçkün həyatını yaşamış milyona yaxın azərbaycanlı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir.

 

Fransada yaşayan minlərlə azərbaycanlının bu cəhdi pislədiyini vurğulayan soydaşlarımız ölkə senatını beynəlxalq hüquqa zidd olan qanun layihəsini qəbul etməməyə çağırıb.

Oxunma sayı 744