Fransanın Azərbaycandakı səfiri Tural Gəncəliyevlə görüşüb

23:40 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində bildirib.

O, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu deyib: "Tural Gəncəliyevlə dünən görüşümüz baş tutdu. Görüş zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və dialoqun təşviq olunması məsələləri müzakirə olundu".

Oxunma sayı 2042
Siyasət rubrikasından digər xəbərlər