Fransanın hərbi cinayətlərlə dolu qaranlıq keçmişi - (ARAŞDIRMA)

18:20 27.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransa senatı qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımaq haqda qərar qəbul edir. Hökumət isə Azərbaycanda varlığını qorumaq üçün açıqlama yayır ki, deputatların qərarı onlar üçün əsas deyil. Hansı ki, işğal altındakı torpaqları azad etmək üçün hərbi əməliyyatlar aparılan günlərdə məhz Fransanın prezidenti Emmanuel Makron Azərbaycanın ünvanına ən sərt hədə və təhqirlər səsləndirmişdi, Xankəndinin “Azərbaycan tərəfindən fəth edilməsinə” yol verməyəcəklərini bildirmişdi. Bəli, Minsk Qrupunun həmsədri olaraq 30 ildir zamanın ermənilərin xeyrinə işləməsinə şərait yaradan Fransa daha sülh pərdəsi arxasında gizlənə bilmir, işğalçı xisləti ilə özü kimi işğalçının yanında dayandığını üzə vurdu. Doğrudan da, axı Fransanın qana susayan xalqı tarix boyu qaniçən hökumətlər yaradaraq, başqa xalqları əsir etməyə, torpaqlarını çapıb-talayıb var-dövlət qazanmağa ruhlandırıb.

Bu mənada, Makron olsun, ya ondan əvvəlkilər, ya da bundan sonrakılar, fərqi yoxdur, millətin xislətini ifadə edən fransız siyasətçilərin heç zaman Azərbaycan-Türk millətinə dost olmayacağını gördük. Heç vaxt arxaya boylanmadıqları üçün törətdikləri soyqırımları, bəşəriyyətə qarşı işlədikləri insanlığa sığmayan cinayətləri görə bilmirlər və ola bilər ki, bu səbəbdən də, düzgün siyasət yürütdüklərini düşünürlər.

Gəlin birlikdə Fransanın qaranlıq və cinayət dolu keçmişinə ötəri nəzər salaq:

Əlcəzair: 

Tam 132 il Əlcəzairi yeyib-talayan Fransa burda ən qəddar müstəmləkə siyasətini həyata keçirib. 1830-cu ildən 1962- ci ilə qədər Əlcəzair Fransanın müstəmləkəsi olub. 1954 - 1962 ci illəri əhatə edən 8 illik azadlıq mübarizəsinin nəticəsində Əlcəzair müstəqillik əldə etsə də, 1,5 milyon nəfər fransızlar tərəfindən öldürülüb, 100 minlərlə insan yaralanıb. Tarixi mənbələrə əsasən, Fransa hökuməti Əlcəzair xalq hərəkatını yatırmaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət nəhəng ordu göndəribmiş. Fransızların qəddarlığı o səviyyəyə yüksəlmişdi ki, onlar qətlə yetirdiyi əlcəzairli mübarizlərin başlarını kəsərək Fransaya aparıb, orada muzeydə öz xalqına nümayiş etdirib, pul qazanıblar.

Ruanda:

Fransanın sadəcə müstəmləkə dövründə insanlarını öldürməklə kifayətlənmədiyi, hətta özündən sonra dini-etnik müstəvidə münaqişələrə tərk etdiyi ölkələrdən biri də Ruandadır. Fransanın birbaşa təhriki ilə Ruandada 6 aprel 1994-cü ildə həyata keçirilən soyqırım nəticəsində 800 min insan həlak olub. Hansı ki, hadisədən 4 il əvvəl dünya birliyi Fransanı belə bir fəlakə yol açacağına dair xəbərdar etmişdi. Fransanın o zamanlar bu ölkədəki hərbi komandanı  polkovnik Pyer-Kelestin Rvagafilita hələ 1990-cı illərdə xəbərdar etmişdi ki, ölkədəki etnik azlıq olan Tutsi xalqının məhv edilməsi planlaşdırılıb. Bu barədə Fransa hökumətinə məlumat verilsə də, rəsmi Paris soyqırımı həyata keçirən, Hutu xalqını təmsil edən prezident Juvenal Habyarimanaya hər cür silah-sursat və siyasi dəstək verir. Nəticəsi də göz önündə, 100 gün davam edən qırğınlarda 800 mindən çox Tutsi insanı öldürüldü...

Seneqal:

Fransa daha bir qanlı terroru Seneqalda yaşadıb. Seneqalda 1944-cü il dekabrın 1-də, əvvəllər Fransa ordusunun sıralarında müxtəlif müharibə bölgələrində döyüşən seneqallı döyüşçülərin qalxan üsyanını sakitləşdirmək məqsədilə xalqa divan tutmağa başlayan fransız ordusu sözün əsl mənasında qətliam törədib. Seneqal xalqının və hökumətinin israrlı tələbləri üzrə rəsmi Paris son dönəmlər öldürülmüş seneqallıların sayının 35 olduğunu bildirsə də, 2014-cü ildə keçmiş prezident Fransua Holland Thiaroye məzarlığına baş çəkərkən 70-dən çox seneqallının öldürüldüyünü bildirib. Bu da əsas verir ki, ölənlərin sayı daha çoxdur, sadəcə Fransa əsl həqiqəti gizlədir. Bu arada qeyd edək ki, məhz həmin məzarlıqda bu gün 202 əlavə - adsız məzar var ki, onların da məhz Fransa ordusu tərəfindən öldürüldüyünə inanılır. Dakarda yerləşən Cheikh Anta Diop Universitetinin professoru Mor Ndao bildirir ki, o vaxt hadisədən sonrakı altı ay ərzində Fransa ordusunda qulluq edən 9678 seneqallı əsgər ölkəsinə göndərilib. Amma onlar Senrqala gəlib çatanda sayları cəmi 1280 olub. Tarixçi alimin fikrincə, Senrqalda azadlıq mübarizəsi gedən dövrdə ən azı 17 min insan Fransa ordusu tərəfindən qətlə yetirilib, minlərlə mübarizin öldü-qaldısından indiyədək xəbər yoxdur deyə itkin sayılırlar.

Benin:

Fransa müstəmləkəçilərinin vaxtilə ən böyük kölə ticarəti limanı sayılan indiki Benin dövlətinin ərazisində də çox insanın qanı axıdılıb. 1882-ci ildə bütün ölkəni zəbt etməyə başlayan Fransaya qarşı, əvvəllər fransızlarla əməkdaşlı edən yerli Dahomey kralı və xalq sərt etiraz etdi və bübarizəyə qalxdı. Amma dövrünün ən müasir silahları ilə silahlanmış Fransa ordusu xalqın müqavimətini qıraraq üzüşimala irəliləyib və 1904-cü ildə Dahomey krallığını tamamən işğal edib. Tam 56 il fransızların əsarətində qalan xalq bu müddətdə dəfələrlə üsyan qaldırıb, amma hər dəfə də Fransa ordusunun sərt mdaxiləsi ilə yatırılıb. Fransanın Benində neçə insanı qətlə yetirməsilə bağlı dəqiq məlumat yoxdur. Çünki onlar əksər vaxt həbs etmək adıyla fəal yerliləri qandallayıb gedər-gəlnəzə aparırdılar və onlar irdəfəlik yoxa çıxırdı. Benin 1960-cı il avqustun 1-də Fransadan müstəqilliyini ala bilib.

Brkina-Faso:

Daha bir Qərbi Afrika ölkəsi olan Burkina-Faso da Fransanın işğalı altında böyük itkilər verib. Belə ki. Indiki Burkina-Faso torpaqlarında 19-cu əsrin sonlarında mövcud olmuş bir neçə krallıq bir-biri ilə qarşıdurma şəraitindəymiş. Fransa ordusu məhz bu faktdan yararlanaraq 1895-ci ildə ilk olaraq Mossilər arasında baş verən bölünmə nəticəsində yaranmış Yatenga krallığını zəbt edir. Cəmi bir il sonra – 1896-cı ildə fransızlar indiki Burkina-Faso dövlətinin paytaxtı olan və dövrünün ən strateji ticarət mərkəsi sayılan Vagadugu şəhərini ələ keçirir. Beləcə, Mossi krallığı da işğal edilir. Fransız ordusu 1897-ci ildə ölkənin bütün torpaqlarını ələ keçirməklə Burkina-Fasonun inğalını başa çatdırırlar. Tarixçilərə görə, Fransa ordusu 1895-ci ildən 1962-ci ilədək Burkina-Fasona ən azı 8 min insanı qətlə yetirib.

Cibuti:

Afrikada işğalını davam etdirən Fransa, 1859-ci ildə ordusunu Cibutinin liman şəhəri Ubuku zəbt edir. Fransa, 1862-ci il martın 11-də sultan Əhməd Əbu Bəkiri məcbur edir ki, işğal altındakı Ubuk şəhərini 52 min Franka onlara satsın. Tarixi faktlar göstərir ki, yerli başçılarla alver etməyi bacaran fransızlar işğal dövründə heç vaxt müsəlman xalq tərəfindən qəbul olunmayıb. Xalq tez-tez üsyan qaldırsa da, yaxşı silahlanmış fransız ordusu onların etiraz çıxışlarını qanla yatırır. Fransız ordusu daha da azğınlaşaraq, insanları məcbur edir ki, İslam dinindən üz çevirib xristianlığa tapınsınlar. Hətta bu məqsədlə Fransadan çox sayda keşişi missionerlik üçün Cibutiyə gətirdirlər. İllər ərzində minlərlə yerli müsəlman Fransanın amansız və insanlığa sığmayan siyasətinin qurbanına çevrilir.

Çad:

Fransızlarla Çad ordusu arasında 1880-1890-cı illər arasında 10 il sürən müharibə baş verib və sonda Çad tərəfi qələbə çalıb. Amma Fransa ordusu bölgədə qalaraq, hərbi bazalarını qururlar. 4 fevral 1894-cü ildə Fransa, İngiltərə və Almaniya öz aralarında anlaşma imzalayaraq Çad gölü regionunu bölüşürlər. Məhz bugünki Çad torpaqları Fransanın payına düşür. Fransa yenidən hücuma başlayır. Amma xalq uzun müddət torpaqlarını müdafiə edərək, fransızlara yenilmir. Ölkə başçısı Sultan Rabih 1900-cü ildə fransızlar tərəfindən öldürülür. Ondan sonra oğlu Fadlullah bu mübarizəni davam etdirir. Amma 1909-cu ildə fransızlar onu da öldürür. 1911-ci ildə baş vermis son qanlı müharibədən sonar Çad dövləti Fransanın müstəmləkəsi elan edilir. Bu ölkəni ələ keçirmək üçün Fransa 10 mindən artıq çadlı insanı öldürməli olub. Fransanın ilk işi Çaddakı bütün məscid və mədrəsələri söküb-dağıtmaq, insanları İslamdan uzaqlaşaraq xristianlığa tapınmağa, hətta öz dillərindən üz çevirib fransızca danışmağa məcbur etmək idi. Bu siyasətə qarşı çıxan yüzlərlə Çad ziyalısı, din alimi və sair həbs edilərək ya zindanlara atılıb, ya da birbaşa edam edilib. Bir çox din alimləri başqa şəhər və və ölkələrə qaçırlar. Bunu görən Fransa, qaçqın din xadimlərini tələyə salmaq üçün 1917-ci ildə Çadın Abeşe şəhərində islami seminar keçirir və iştirakın sərbəst olduğunu bildirir. Həmin qaçqın şəraitində yaşayan 400 din alimi Abeşedəki salona toplanır. Bu vaxt Fransa ordusunun əsgərləri salonu mühasirəyə alaraq, oradakı ümumilikdə 700-dək insanı qətlə yetirir.

Qabon:

Qabon torpaqlarını, 1839-cu ildə portuqaliyalılardan satın alan Fransa burada kölə bazarları açmışdı. Fransızlar Qabonda olduqları müddətdə nəinki minlərlə insanı qətlə yetirərək qətliamlar törətmişdilər, hətta on minlərlə qabonlunu plantasiyalarda işləmək üçün qul olaraq Amerika qitəsinə göndərmişdilər. Fransa kilsəsi yerli dinlərə sitayiş edən qabonluları xristianlaşdırmaq üçün keşişləri ora göndərdi və onlar bütün geniş imkanlara malik olmalarına baxmayaraq, orada qaldıqları 100 il ərzində əhalinin cəmi 30 faizini xristian edə bilmişdilər. Fransanın işğal dövründə Qabon əhalisini sadəcə soyqırıma uğratmadı, həm də ölkəyə əsrlərlə izi silinməyəcək iqtisadi-maddi-dini yaralar vurub. Ölkə 17 avqust 1960-cı ildə müstəqilliyinə qovuşub.

Qvineya:

Fransızlar 1887-ci ildə Qvineyanın paytaxtı olan Konakridə hərbi qarnizonu yaradıb. Bütün Qvineya ərazisini özünə tabe etmək üçün sui-qəsdlərə və açıq hərbi hücumlara start verən Fransa ordusu 1896-cı ildə bütün ölkədə müstəmləkə üsulunu təsis edib. Fransa bundan sonra ölkədəki bütün məscidləri dağıdır, mədrəsələri bağlayır, İslam dini ilə bağlı hər şeyi yasaq edir. Fransadan göndərilən keşişlər isə insanları xristianlığı qəbul edərək daha çox güzəştlər əldə etməyə çağırır. Hətta xristian olmayanlara qarşı təzyiqlər başlayır, min cür bəhanələrlə onları sürgün edirlər, öldürürlər, ən yaxşı halda isə şərləyib zindana atırlar. Minlərlə insanın qanı bahasına da olsa, Qvineyada azadlıq dalğası daha da güclənir və 1958-ci il oktyabrın 2-də dövlət müstəqilliyi elan edilir.

Kamerun:

Kamerun 1916-cı ildə Fransa və İngiltərə tərəfindən işğal edilərək bölüşdürülüb. Ölkə ərazisinin 70 faizdən çoxunu alan Fransa müstəmləkəçiləri buradan minlərlə insanı qul qismində işləmək üçün Amerikaya satıblar. Minlərlə insan müstəmləkə şəraitində ağır iş tələblərinə dözməyərək həlak olub. Müsəlman kütləyə qarşı isə dinini dəyişdirmə kimi basqalar artırılıb, amma nəticə əldə edilməyib – insanlar nəinki İslama yox deməyiblər, əksinə, bütlərə sitayiş edənləri də işğalçılara qarşı İslam bayrağı altında birləşməyə dəvət edə biliblər. Nəticədə 1960-cı il yanvarın 1-də ölkə azadlığını əldə edib.

Komor Adaları:

İndiki Komor İslam Respublikası olan Komor Adalarına Fransa ordusunun ilk hücumları 1830-cu ildə başlayıb və 1841-ci ildə ölkənin bir parçası olan Mayot (Mayotte) adasını ələ keçirir, 1886-cı ildə isə bütün Komor Adaları müstəmləyə çevrilir. Fransa 1912-ci ildə adalarda sultanlıq üsulunu ləğv edib, ölkəni Madaqaskara birləşdirirlər. II Dünya müharibəsindən sonar Komorda müsəlmanların azadlıq mübarizəsi güclənir və hətta, onlar siyasi məsələrdə yardım etməsi üçün Tanzaniyada təşkilatlar da qururlar. Fransa təzyiq və təqibləri gücləndirir, onlarla insanı zindanlara atır, edam etdirir və ya öncül fikirlilər itkin düşürlər. Amma bununla heç nəyə nail olmayan Fransa 1974-cü ildə adaların gələcəyinə dair referendum keçirməyə razılıq verir. Açıqlanan nəticəyə əsasən, Mayot adasında yaşayanların 65 faizi Fransanın müstəmləkəsi olaraq qalmağı seçir, qalan adaların əhalisi isə müstəqilliyə səs verir. Fransa 1 yanvar 1976-cı ildə Mayot adası xaric, digər adalarda qurulan Komor dövlətinin müstəqilliyini qəbul edir.

Mavritaniya:

Fransa hökuməti Mavritaniyanı ələ keçirmək üçün 19-cu əsrdə dəfələrlə bu torpaqlara hücumlar təşkil edib, amma hamısında da uduzub. Odur ki, Paris Mavritaniyanı hiylə yolu ilə işğal etməyə nail olub. Onlar bəzi qəbilə rəhbərləri ilə anlaşaraq, ərəblərlə bərbər xalqları arasında fitnə çıxarıblar. İki tərəf arasında başlayan toqquşmalardan yararlanan fransızlar 1903-cü ildə Mavritaniyanın Trarza bölgəsini ələ keçirir. Sonrakı illərdə də hücumlarını davam etdirən Fransa ordusu 1920-ci ildə Mavritaniya torpaqlarının hamısını işğal edə bilib. Fransa, artıq 1903-cü ildən bu yana 17 il ərzində minlərlə itki verən Mavritaniyada, Parisdən göndərilmiş keşişlər vasitəsilə dini assimilyasiyaya start verir. Əlbəttə ki, dinlərinə mühafizəkar yanaşan müsəlmanları xristianlaşdırmaq mümkün olmasa da, ərəbdilli xalqın dilini dəyişməyə yönələn fransızlar ölkə ərazisində fransızcanı tətbiq etməyə başlayırlar. Xalq daha da qəzəblənərək işğalçı fransızlara qarşı mübarizəni genişləndirirlər. Nəhayət, Fransa 1958-ci ildə Mavritaniyaya müstəqillik verməyə məcbur qalır.

Niger:

Niger torpaqları da 19-ci əsrin sonlarından başlayaraq 3 avqust 1960-cı ilədək Fransanın müstəmləkəsi olub. Minlərlə insanı öldürülən, itkin düşən, həbslərdə çürüdülən və hətta qul bazarlarında satılan Niger xalqı heç vaxt fransız istilası ilə barışmayıb, mübarizə aparıb və şəhidlər verərək azdlığına qovuşub.

Tunis:

Tunis 12 may 1881-ci ildə Fransa ordusu tərəfindən işğal edilib. Bütün digər müstəmləkələrdə olduğu kimi, Tunisdə də müsəlman xalq ilk gündən fransız qəsbkarlara qarşı mübarizə aparıb. Dustur Partiyası tərəfindən siyasi müstəvidə yönləndirilən azadlıq mübarizəsinə, Əz-Zeytunə Universiteti ilk gündən mənəvi dəstək verib. Paris öz adamı olan Həbib Burgibanın hakimiyyətini tam təmin etdikdən sonra - 20 mart 1956-cı ildə Tunisin müstəqilliyini tanıyıb.

Vyetnam:

Fransa Vyetnamı işğal etməyə 1872-ci ildə start verib və 1954-cü ilədək burada ağalıq edib. Tarixçilər qeyd edir ki, yalnız 1885-ci ildə işğala etiraz etdiyi üçün, fransız ordusu 25 mindən çox vyetnamlını qətlə yetirib. Bundan əlavə, 1927-ci ildə işğala qarşı qalxan üsyanları yatıran Fransa ordusu nəinki minlərlə vyetnamlını öldürür, hətta üsyan qalxan bölgədəki onlarla kəndi yandırıb xəritədən silir. Ötən əsrin 30-cu illərində də kəndlilərin qiyamı baş verir. Amma Fransa ordusu bu dəfə də 10 minədək vyetnamlını uşaq, qadın bilmədən məhv edir. Vyetnamın yerli mənbələri yazır ki, 1920-1954-cü illər arasında Fransa ordusu tərəfindən yarım milyondan çox vyetnamlı öldürülüb.

Martinika adası:

Tarixdə “Karib sürgünü” kimi xatırlanan hadisə Martinika adasında yaşanıb. 1660-cı ildə adada hökmranlıq edən Fransa ordusu, yerli hindu xalqının vaxtaşırı baş verən qiyamlarından özünü sığortalamaq üçün, bütün hindu xalqını adadan sürgün edir. Bununla da Paris hökuməti Martinika adasında bir xalqa qarşı etnik təmizləmə siyasəti icra edir, adanı tamamilə fransızlaşdırıb. Hətta qaçıb cəngəlliklərdə gizlənən və partizan mübarizəsi aparan hinduları susdurmaq üçün, Fransa tərəfi Jararaka adlı dünyanın ən zəhərli ilanlarını gətirib, meşəyə buraxır. Münbit şəritdə sürətlə artıb çoxalan ilanlar meşədə gizlənən bütün partizalanları sancaraq öldürür.

Oxunma sayı 3502