Fransız təhsilinin uğurları "EDU-EXPO" sərgisində təqdim olunacaq

15:35 09.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

10-12 oktyabr tarixlərində "EDU-EXPO" Təhsil Sərgisi münasibətilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, üzv ölkələrin təhsil sahəsində təklifləri təqdim olunacaq "EU Education Fair" təşkil edir.

Hafta.az yazır ki, Azərbaycanda Fransız İnstitutu və Campus France agentliyi, öz fəaliyyətlərini və xüsusən Fransadakı ali təhsil barədə məlumatları, Bakı Fransız Liseyi ilə birlikdə Avropa pavilyonunun "Fransada təhsil" stendində təqdim edəcək. Fransız-Azərbaycan Universiteti - UFAZ isə tədbirə müstəqil təqdimatla qatılacaq.

Oktyabrın 11-də saat 12:45-də, Fransız İnstitutunun direktoru Jerom Kelle, Fransadakı təhsil imkanlarını azərbaycanlı tələbələrə təqdim edəcək. Təqdimat fransız dilində, azərbaycan dilinə tərcümə ilə keçiriləcək. Ümumi təqdimatdan sonra, Fransada təhsil alan Ramal Xosrovzadə öz təcrübəsindən Azərbaycan dilində söz açacaq. Daha sonra, Fransız İnstitutunun dil kursları üzrə koordinatoru Leyla Əliyeva, bu kurslar barədə məlumat verəcək.