Amerikalı bələdiyyə sədri Qriqoryana məhəbbətini ifadə edib

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Los Ancelesin Montevello rayonunun bələdiyyə sədri Art Barajas Xankəndində bələdiyyə başçısı seçilməsinə görə, Suren Qriqoryana təbrik məktubu göndərib. “Tert.am“ın yazdığına görə, “amerikalı bələdiyyə başçısı Azərbaycanın “başlatdığı“ müharibənin Xankəndinə vurduğu ziyanların böyük olmasından təəssüfləndiyini, məzlum, amma çox qonaqpərvər və azadlıqsevər Qarabağ erməni xalqının bütün problemlərinin həllinə kömək göstərmək niyyətlərini erməni həmkarına çatdırıb“. A.Barajas erməni həmkarına onu da deyib ki, Montevello və Xankəndi qardaşlaşmış şəhərlər kimi gələcəkdə də bir-birilərinin problemlərinin həllində yardımçı olacaqlar.