“G7” liderləri “G8”-ə qayıtmağı müzakirə ediblər

13:00 25.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın Biarrits şəhərində görüşən "Böyük yeddilik" (G7) ölkələrinin liderləri Rusiyanın iştirakı ilə “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

“Yeddi ən inkişaf etmiş ölkənin liderləri (G7) Rusiyanı qaytarmaqla “G8” formatını müzakirə ediblər”, - deyə Yaponiya hökumətinin nümayəndəsi bildirib.

Danışıqların təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə yenidən G8 formatına qayıtmağın məqsədəuyğun olduğunu qeyd edib.