Gədəbəy sakini ağstafalını bıçaqladı 

23:23 18.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunda bıçaqlanma baş verib.

Hadisə Qazax şəhəri, N.Nərimanov və A.Kəmərli küçələrinin kəsişməsində olub.

Gədəbəy rayonu, Düzyurd kənd sakini Əliyev Ruslan İmran oğlu Ağstafa rayonu, Dağ Kəsəmən kənd sakini Bilalov Bəşir Kəmaləddin oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində R.Əliyev B.Bilalovun baş və qarın nahiyəsinə bıçaqla zərbə endirərək ağır xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.