Gədəbəydə ev yanıb

16:20 25.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Arıqdam kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.