Gələcəkdə həftə sonları və bayram günləri hərəkət məhdudlaşdırıla bilər - Qərargah

17:47 04.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Gələcəkdə həftə sonları və bayram günlərində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib”.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, tək həftə sonu qapanma xəstəliyin ayılmasının qarşısını almaq üçün yetərli deyil:

“Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.

 

Oxunma sayı 312
Siyasət rubrikasından digər xəbərlər