Gəncə gəncləri arasında peyntbol yarışı keçirilib - VİDEO

15:01 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvləri arasında karantin qaydaları nəzərə alınmaqla peyntbol yarışı keçirilib.

Hafta.az-ın məlumatına görə, peyntbol hərbi-idman oyununun keçirilməsində əsas məqsəd gənclərin fiziki sağlamlığını qorumaq, hərbi-vətənpərvərlik ruhunu gücləndirmək, silahdan atış vərdişlərini təkmilləşdirmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü komandanı müəyyənləşdirmək olub.

Yaraşda 6 komanda birincilik uğrunda mübarizə aparıb. Gənclərin böyük həvəslə iştirak etdiyi yarışın qalibi isə bütün rəqiblərini məğlub edən “Kəlbəcər” komandası olub.

Sonda yarışda iştirak edən komandaların üzvləri sertifikatlarla, qalib komandanın üzvləri isə hədiyyələrlə təltif edilib.

Oxunma sayı 4015