Gəncə sakini araq içib evinə od vurdu - GÜNÜN TƏZADLARI

18:38 08.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində yanğın baş verdi. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir. Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb. Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını alıblar. Qeyd edək ki, bu, Ş.Hüseynovun ilk oxşar hadisəsi deyil. Sözügedən şəxs daha əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evdə yanğın törədib.

 

Müsəlmanlıq Santa-Barbaranı da fəth etdi

SSRİ-nin çökdüyü 1990-cı illərdən postsovet məkanında kütlələrin başını qatan məşhur serialın adıyla da tanınmış Santa-Barbara şəhərində yerli müsəlmanların tikintisinə qərar verməsindən, təxminən, 20 il sonra ilk məscid açılacağı bəlli oldu. Hafta.az  xarici İslam saytlarına istinadla xəbər verir ki,  bu haqda ABŞ-ın “Santa Barbara Independent” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanından olan Afaf və Muxtar cütlüyü hələ 2001-ci ildə Santa-Barbarada məscid tikilməsini planlaşdırıblar. Lakin 11 Sentyabr terror hücumlarından sonra, ABŞ-da müsəlmanlara və İslama qarşı münasibət hərzamankından daha pis şəkil aldığından, məscid tikmək planları əngəllənib. Santa-Barbara sakini Zaman Malik bu illərdə müsəlmanların cümə namazı üçün bir yer tapmasının necə çətin olduğunu xatırlayır. Onlar kirayə məkan tutmaq, evlərdə yığışmaq məcburiyyətində qalıblar... "Hər kəs imanımıza şübhə ilə yanaşırdi", – deyən Afaf Turjoman bir ibadətgah tikintisinə icazə üçün müraciət etmələri və sonrakı mübarizələrindən danışır: “2001-ci ildə şəhərin planlaşdırma komitəsinin ilk iclasında məscid layihəsi üçün heç kəs səs vermədi. Lakin 2013-cü ildəki son məhkəmə iclasında əksəriyyət artıq məscid tikintisinə səs verməli oldu...”. Nəhayət, bu  ilin qışında ilk planlaşdırmadan 19 il sonra, Santa-Barbara İslam Mərkəzi qapılarını möminlərin üzünə açacaq.

 

Tovuz sakini  nənəsinin evindən oğurluq etdi

Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirdi. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, dərhal Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi N.Paşayev saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib. Faktla bağlı araşdırma aparılır.

 

Daşkəsəndə mənzildən iki meyit tapıldı

Daşkəsən rayonunda evdə iki cəsəd aşkar edildi. Hafta.az xəbər verir ki,  APA-nın yerli bürosunun məlumatına görə, rayon mərkəzinin İsmət Qayıbov küçəsində mənzildə meyiti tapılan şəxslərin Şəmkir rayonu Təzəkənd kənd sakini, 1977-ci il təvəllüdlü Əsgərova Ayşən Nurəddin qızı və həmin rayonun Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlu olduğu müəyyənləşib. Onların dəm qazından boğulduğu bildirilir.

 

Rusiyada qadınlar metroda ayaqyalın gəzməyə başladı

Rusiyada misli görünməmiş bir çılğınlıq başlandı. Hafta.az-ın yazdığına görə, bu dəfə də rus qadınlar metrolarda ayaqyalın gəzirlər. Onlar qatarlara ayaqyalın minir və bunu sosial media vasitəsilə paylaşırlar. Əksərən qadınların maraq göstərdiyi bu axının təqibçiləri metro stansiyalarında ayaqqabısız gəzməyi bir fərqlilik hesab edirlər. Amma bir çox trendlər kimi - başdan buzlu su tökmək, təpiklə butulka qapağı açmaq - bu aksiyanın da hər hansı faydası, bəşəri mesajı, mahiyyəti yoxdur. Sadəcə dəbdir və virus kimi yayılır. İşin maraqlı tərəfi isə odur ki, bu vəziyyətin hara gedər davam edəcəyini heç kim bilmir.

"Yalın ayaq" olaraq adlandırılan bu axının təqibçilərinə günboyu ayaqyalın gəzmək dəvəti göndərilib. Kişilər bu axına o qədər də reaksiya göstərməyib. Amma daha çox qadınlar bəzəkli ayaqqabılarını əllərində tutaraq ayaqyalın şəkil çəkdirir, bunu sosial media vasitəsilə paylaşırlar. Metro səlahiyyətliləri bu hərəkətin yaralanmalara səbəb olacağını əsas gətirərək, sərnişinlərə bu aksiyadan imtina etmələri ilə bağlı xəbərdarlıq edib. Bundan başqa, onlar ayaqyalın gəzmənin sağlamlıq problemlərinə səbəb olacağını vurğulayıb.

 

Ağdam sakininin meyiti qarğıdalı tarlasında tapıldı

Ağdamda 55 yaşlı kişinin meyiti qarğıdalı sahəsində aşkar edilib. Hafta.az yazır ki, APA-nın yerli muxbirinin xəbərin görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini Sərxan Mehdiyev sahədən qarğıdalı yığmaq üçün evdən çıxdığını bildirib. Lakin ailə üzvləri S.Mehdiyevin evə gəlmədiyindən narahat olduğu üçün onun axtarışlarına başlayıb və S.Mehdiyevi sahədə ölü vəzyyətdə aşkar ediblər. Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə və Ağdam Rayon Prokurorluğuna məlumat verilib. Mərhumun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim olunub. Faktla bağlı araşdırma aparılır.