Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb

14:14 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan hafta.az-a verilən məlumata görə, BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı 1449
Sosial rubrikasından digər xəbərlər