Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı

12:28 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapılıb.

Hafta.az xəbər verir ki, sentyabrın 26-da Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan küçəsində yaşayan 3 uşaq anası, 1990-cı il təvəllüdlü Hüseynova Vüsalə Fərhad qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynova Bakı şəhəri, Xəzər rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.