Gəncədə mağazadan və evlərdən oğurluq edən şəxs saxlanılıb

22:23 14.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəpəz rayonunda bir mağazadan və 5 evdən oğurluq edən İ.Məmmədov saxlanılıb

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 900 manat dəyərində təmir-tikinti alətləri, məişət və geyim əşyaları, bir mağazadan isə 1800 manat pul, 4 ədəd gümüş bilərzik və videomüşahidə kamerasının yaddaş kartını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanıb. 

Oğurluq etdiyinə görə tutulmuş Ə.Hüseynovun ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.