Gənclər təşkilatı Göyçayda maarifçilik işi aparıb - FOTO

20:43 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “İlk dəfə səs verən gənclərin bələdiyyə seçkilərilə bağlı maarifləndirilməsi və fəallığının artırılması” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş tutub.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edib ki, analoji layihələrin icrası region gənclərinin ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını daha da sürətləndirəcək.

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə gənclərin cəmiyyətin avanqard hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkədə gənclər siyasətini həyata keçiriən qurumların arasında Azərbaycan Gənclər Fondunun xüsusi çəkisi var. AGF-nin həyata keçirdiyi layihələr barədə məlumat verən natiq gəncləri bu imkanlardan faydalanmağa çağırıb.

Layihənin eksperti Teyyub Mirəlioğlu tədbir iştirakçıarına bələdiyyə seçkilərinin təyin və təşkil olunması, namizədlərin irəli sürülməsi, qeydə alınması, təşviqat kampaniyası ilə bağlı tələblər, səsvermənin təşkili, müşahidə olunması, nəticələrin elan olunması və sairlə bağlı Seçki Məcəlləsinin imperativləri barədə ətraflı məlumat verib. T.Mirəlioğlu həmçinin yerli özünüidarəetmə istitutlarının tarixi, statusu, rolu, siyasi, hüquqi və praktiki əhəmiyyəti, bu istəqamətdə mövcud beynəlxalq təcrübə barədə də danışıb.

Tədbirin sonunda gənclərə onları bələdiyyə seçkilərində iştiraka səsləyən şüarların əks olunduğu buklet və köynəklər paylanılıb.