Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

16:21 16.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Portuqaliyanın Lissabon şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku sona çatıb.

Hafta.az xəbər verir ki, 12 ölkənin iştirakı ilə baş tutan kubokda Azərbaycanı Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü təmsil ediblər. Gimnastlarımız final çıxışları ilə 29.500 xal toplayaraq, gümüş medala sahibləniblər.