Gömrükçülər narkotik vasitə aşkarlayıblar

14:35 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Rusiya Federasiyasına “DAF” markalı nəqliyyat vasitəsilə ilə yük aparan Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının sol cibindəki siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 243