Gömrükçülər qızıl sikkələr aşkarlayıblar

15:27 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Görmük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə xeyli miqdarda qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək qaçaqmalçılıq yolu ilə gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub. Dərhal yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən T.Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb və o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub.

Aparılan şəxsi yoxlama zamanı T.Bayramovun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib. Sikkələrin ümumi çəkisi 677 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 261