Gömrükdə qanunsuz keçirilən mobil telefonlar aşkarlanıb

15:50 13.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qabaq oturacaqlarının içərisində 4 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi Note 8 Pro" və 1 ədəd "Samsung Galaxy A20 S" markalı mobil telefon aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.