Goranboy sakini dəm qazından zəhərlənib

20:48 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

Hadisə Dəlıməmmədli şəhərində qeydə alınıb. 

Yaşadığı ünvanın vanna otağında dəm qazından boğulan 1949-cu il təvəllüdlü Fətəliyeva Şəfiqə Əli qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Ona ilkin yardım göstərildikdən sonra Gəncədə yerləşən klinikalardan birinə köçürülüb. 

Oxunma sayı 679