Göyçayda evdən 4900 dollar oğurladılar

11:49 09.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 8-də Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən 4900 ABŞ dollarının oğurlanması barədə məlumat verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. 

 

Keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb. İlkin ifadəsində o, törətmiş olduğu cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün xərclədiyini bildirib.

 

Faktla bağlı E.Vahidov barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.