Göyçayın icra başçısı koronavirusla bağlı sakinləri evdən çıxmamağa çağırıb - FOTO

10:14 02.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Göyçayda Koronavirus infeksiyasının qarşısının alınması ilə əlaqədar maarifləndirici silsilə tədbirlər davam edir.

Hafta.az yazır ki, proses çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Qərargah üzvləri ilə birlikdə şəhərin mərkəzi küçələrində sahibkarlar, satıcı və alıcılarla maarifləndirici söhbətlər aparıb. M.Səlimzadə sanitar-dezinfeksiya işlərinin aparılmasını, qoruyucu maska və əlcəklərdən istifadə etməyi, növbə gözləyərkən ara məsafəsi saxlamağın vacibliyini, müştərilərə yerində xidmət evə götürmə, çatdırma və onlayn satışlara üstünlük verilməsini, evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi bildirib. Sakinlərə zərurət olmadan evdən çıxmamaq tələb olunub.

Oxunma sayı 273