Göydən qarla bərabər plasmas yağmağa başladı – Günün təzadları

18:51 16.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Şimal qütbündə göydən yağan qar ilə birlikdə mikroplastik hissəciklərin də düşdüyü qeyd olundu. Hafta.az  Musavat.com-a istinadla xəbər veri ki, bununla bağlı dünya alimləri həyəcan təbili çalıb. Mütəxəsislər bunun təbiət və heyvanlar üçün böyük təhlükə yaratdığını bildirib. Araşdırmalar zamanı bir litr qarda 10 mindən çox mikroplastik hissəciklər aşkar edilib. Hazırda bunun insan həyatı üçün də nə qədər təhlükəli olması araşdırılır. Bundan əlavə, Şimal qütbü dünyanın ən çirkli yeri kimi tanınır. Bu haqda məlumatları almaniyalı və isveçrəli alimlər yayıb. Mütəxəsislər qarı qaşıqla şüşə butulkalara dolduraraq araşdırmağa başlayıblar. Araşdırma Almaniyanın Bremerhaven şəhərində Alfred Vegener instutunda baş tutub. Araşdırmalar zamanı gözləniləndən daha çox mikroplastik hissəciklər aşkar edilib. Hətta bəzi parçaların irihəcmli olduğu bildirilib. Araşdırma heyətinin sədri Melaniya Bergman məsələ ilə bağlı bunları deyib: Biz havanın nə qədər çirkli olduğunu yoxlamaq istəyirdik. Mikroplastik hissəciklər aşkar etdikdə çox təəccübləndik. Hazırda bunun insan həyatı üçün təhlükəli olub-olmadığını araşdırıq". Bundan əvvəl Çinin sənayə şəhəri sayılan Dongguanda,Tehranda və Parisdə də bu cür mikroplastik hissəciklər aşkar edilmişdi. Mütəxəssislər bunun gəmilərin buzları qıraraq keçməsindən və külək türbinlərindən yarana biləcəyini bildirib.

 

Bakıda itkin düşən bacı-qardaş Bərdədə tapıldı

Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapıldı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər. Uşaqların anası Çiçək Abbasova APA-ya bildirib ki, övladları Bərdə rayonu ərazisində tapılıblar: “Uşaqları evimdə qonaq etdiyim Gözəl adlı xanım oğurlayıb. Hal-hazırda uşaqlar Bərdədədir. Bərdədə qohumlarım var orada qalacaqlar. Mən də indi Bakıdan çıxıb Bərdəyə gedirəm”.

Xatırladaq ki, bundan bir müddət öncə  Bakıda azyaşlı bacı-qardaşın  itkin düşməsi haqda xəbər yayılıb. Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub. Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.

 

Məhərrəm ayının 1-i Yeni il bayramı elan edildi

Birləşmiş Ərəb Əmirliklərində 1 sentyabr 2019-cu il  tarixi - Hicri-Qəməri müsəlman təqviminə görə Məhərrəm ayının 1-i müsəlmanlar üçün Yeni il bayramı elan edildi. Hafta.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, bununla əlaqədar ölkədə 1 sentyabr  -dövlət və özəl sektor işçiləri üçün istirahət günü olacaq. BƏƏ-nin Kosmos və Astronomiya Mərkəzindən verilən məlumata görə, Hicri-Qəməri təqvimi ilə müsəlman  ilinin ilk ayı olan Məhərrəm ayı  son hesablamalara əsasən 1 sentyabr -bazar gününə düşəcəkdir. Yekun rəy Ayı Müşahidə Komitəsi tərəfindən təsdiqlənəcək. Bu minvalla Yeni il bayram münasibətilə BƏƏ-nin bütün işləyən sakinləri əlavə istirahət günü qazanacaq.

 

Kremldə bomba tapıldı

Moskvanın Kreml ərazisindəki buzxanada Böyük Vətən müharibəsi dövrünə aid partlamamış təyyarə bombası tapılaraq ərazidən çıxarıldı. Hafta.az yazır ki, “Report”un “TASS”a istinadən xəbərinə görə, Kreml komendantı Sergey Xlebnikov bildirib ki, bu hadisə nəticəsində Kreml bağçasında aprılan arxeoloji tədqiqatlar dayandırılıb.

 

Xətaidə Şirvan sakininin çantasında silah-sursat  aşkar edildi

Xətai rayonu ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı silah-sursat aşkar edilərək götürüldü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xətai rayonunun ərazisində Şirvan şəhər sakini N.Babayevə məxsus çantaya baxış zamanı 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.