Göygöldə ağır qəza: 4 nəfər həyatını itirdi

11:24 28.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Hafta.az  APA-ya istinadən xəbər verir ki, avtoqəza Quşqara kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.