Göygöldə itkin düşən kişi axtarılır

21:57 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə itkin düşən 58 yaşlı Şamaxı sakini axtarılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan hafta.az-a verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında, çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 160- 165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070)252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.